"Ronaldo yaxın dostumdur, onunla qarşılaşmaq çox xoş oldu"

Hazırda oxunan: "Ronaldo yaxın dostumdur, onunla qarşılaşmaq çox xoş oldu"

26169

Fransa millisinin üzvü Kərim Benzema Avro-2020-nin qrup mərhələsində Portuqaliya millisi ilə oyunda keçmiş komanda yoldaşı Kriştiano Ronaldo ilə qarşılaşdığına görə sevindiyini bildirib.

Bizim.Media qol.az-a istinadla  xəbər verir ki, o, “A Bola”ya açıqlamasında oyundan sonra Ronaldo ilə mehriban söhbətləşmələrindən danışıb. Benzema Ronaldo ilə “Real”da xeyli müddət birlikdə oynadığını xatırladaraq onunla dost olduğunu deyib:

“Ronaldo mənim yaxın dostumdur. “Real”da möhtəşəm bir duetimiz olub, birlikdə çox qol vumuşuq. Onunla bu çempionatda qarşılaşmaq çox xoş oldu. Milli komandalarımız və klublarımızın oyunlarından danışıdıq, bir-birimə uğurlar dilədik”.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan Portuqaliya – Fransa matçında həm Ronaldo, həm də Benzema dubl edib.

Xatırladaq ki, Ronaldo ilə Benzema “Real”da 9 il (2009-2018) birlikdə çıxış ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO