“Zirə” Sumanın transferindən nə qədər qazanacaq?

“Zirə” Sumanın transferindən nə qədər qazanacaq?

Hazırda oxunan: “Zirə” Sumanın transferindən nə qədər qazanacaq?

261306

“Zirə” klubunun legioneri Salifu Suma İsveçin “Malmö” klubuna transfer olunub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat verən İsveçin “Expressen” qəzeti transferin məbləğini də açıqlayıb.
 

Qəzetin yazdığına görə “Malmö” Sumanın keçidinə görə bonuslarla birlikdə Azərbaycan klubuna 1,5 milyon avro ödəyəcək. Yaxın günlərdə Salifu Suma tibbi müayinədən keçdikdən sonra “Malmö” ilə rəsmi müqavilə imzalamalıdır.


Xatırladaq ki, “Zirə” klubu da Sumanın artıq komandadan ayrıldığını təsdiqləyib. Onun adı klubun Avrokuboklardakı iştirak ərizəsinə də salınmayıb. 2023-cü ildən “Zirə”də çıxış edən futbolçu 69 oyunda meydana çıxaraq 17 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO