“Qarabağ” bu futbolçunun gedişinə imkan vermədi – ÖZƏL

“Qarabağ” bu futbolçunun gedişinə imkan vermədi – ÖZƏL

Hazırda oxunan: “Qarabağ” bu futbolçunun gedişinə imkan vermədi – ÖZƏL

261304

Yay hazırlıq dövründə “Qarabağ” aparıcı futbolçularından birini itirə bilərmiş.

Bizim.Media-nın əldə etdiyi məlumata görə söhbət Kevin Medinadan gedir. Ötən mövsümün sonlarından əsas heyətdə yerini itirən kolumbiyalı müadaifəçini “Zirə” transfer etmək istəyib.
 

Qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov Medinanın Ağdam klubundan icarəyə götürülməsinə çalışıb. Lakin baş məşqçi Qurban Qurbanov Medinaya ehtiyacı olduğunu əsas gətirərək futbolçunun komandada qalmasını istəyib. Mərkəz müdafiəçisinin “Zirə”yə mümkün transferi məhz bu səbəbdən baş tutmayıb.


Qeyd edək ki, Kevin Medina 2020-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. O, 98 oyunda meydana çıxaraq rəqib qapılarından 2 top keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO