"Atletiko"dan "İnter Mayami"yə

"Atletiko"dan "İnter Mayami"yə

Hazırda oxunan: "Atletiko"dan "İnter Mayami"yə

261068

“Atletiko”nun yarımmüdafiəçisi Rodriqo De Paul karyerasını ABŞ-da davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Argentinalı futbolçu “İnter Mayami”yə keçməyə yaxındır. Tərəflər danışıqlarda son mərhələyə çatıb və artıq transferin detalları üzərində iş aparılır.

Qeyd edək ki, De Paul Argentina millisinin heyətində dünya çempionudur və həmin yığmada “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə birgə çıxış edir.

30 yaşlı futbolçu ötən mövsüm Madrid təmsilçisinin heyətində 53 matça çıxıb, 3 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Atletiko” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO