"Çelsi"nin müdafiəçisi Renato Veyqa karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Bizim.Media xəbər verir ki, "Atletiko" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Madrid klubu Veyqa ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Çelsi" 21 yaşlı mərkəz müdafiəçisi üçün 40 milyon avro tələb edir. Klublar danışıqları davam etdirir.
Qeyd edək ki, Renato Veyqa ötən mövsümün ikinci yarısında icarə əsasında "Yuventus"da çıxış edib.
Portuqaliya millisinin üzvü Turin təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:36 / 21.07.2025
“Atletiko” “Çelsi”nin müdafiəçisini TRANSFER EDİR
Hazırda oxunan: “Atletiko” “Çelsi”nin müdafiəçisini TRANSFER EDİR
Hazırda oxunan: “Atletiko” “Çelsi”nin müdafiəçisini TRANSFER EDİR
261038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.