“Neftçi” İngiltərə klubunun qapıçısı ilə MARAQLANIR

“Neftçi” İngiltərə klubunun qapıçısı ilə MARAQLANIR

Hazırda oxunan: “Neftçi” İngiltərə klubunun qapıçısı ilə MARAQLANIR

260580

“Neftçi” klubu heyətinə yeni qapıçı cəlb etmək istəyir.

Bizim.Media xəbər verir ki, rəhbərlik hazırda avstraliyalı qapıçı Tom Qloverlə danışıq aparır. 27 yaşlı qolkiper İngiıtərənin “Midlsbro” klubunun üzvüdür.
 

Onun komanda ilə növbəti mövsümün sonuna qədər müqaviləsi var. “Tottenhem”in yetirməsi olan Tom Qlover əvvəllər öz ölkəsinin “Sentral Kost” və “Melburn Siti”, həmçinin İsveçin “Helsinborq” komandalarının şərəfini qoruyub.


Avstraliya yığmasının heyətinə dəvət olunsa da, hələ də millinin heyətində rəsmi debüt etməyib. “Neftçi” Qloveri bir mövsüm üçün icarəyə götürmək istəyir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO