"Napoli" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, İtaliya çempionu PSV-dən Noa Lanqı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Napoli" niderlandlı vinger üçün onun klubuna 25 milyon avro təzminat ödəyəcək. 26 yaşlı oyunçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, PSV Noa Lanqı 2023-cü ilin yayında "Brügge"dən transfer etmişdi. Niderland millisinin üzvü ötən mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:31 / 17.07.2025
“Napoli” millinin üzvünü TRANSFER ETDİ
Hazırda oxunan: “Napoli” millinin üzvünü TRANSFER ETDİ
Hazırda oxunan: “Napoli” millinin üzvünü TRANSFER ETDİ
260425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.