"Beşiktaş" transfer danışıqlarına başladığı və tibbi müayinə üçün İstanbula dəvət etdiyi Kayl Uolker-Petersdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul nəhənginin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli sağ cinah müdafiəçisi "qara qartallar"dan qərar vermək üçün əlavə vaxt istəyib. Belə olan halda "Beşiktaş" transferdən imtina edib və həmin mövqe üçün alternativ oyunçularla danışıqlara başlanacaq.
Qeyd edək ki, Kayl Uolker-Petersin son klubu "Sauthempton" olub. 28 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 30 iyun tarixində başa çatıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
19:16 / 17.07.2025
“Beşiktaş” ingiltərəli futbolçudan İMTİNA ETDİ
Hazırda oxunan: “Beşiktaş” ingiltərəli futbolçudan İMTİNA ETDİ
Hazırda oxunan: “Beşiktaş” ingiltərəli futbolçudan İMTİNA ETDİ
260416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.