Komandalar dünya çempionatında nə qədər qazandı? – ŞOK MƏBLƏĞLƏR

Komandalar dünya çempionatında nə qədər qazandı? – ŞOK MƏBLƏĞLƏR

Hazırda oxunan: Komandalar dünya çempionatında nə qədər qazandı? – ŞOK MƏBLƏĞLƏR

259948

Klublararası dünya çempionatında mübarizə aparan 32 komandanın turnirdən nə qədər gəlir əldə etdikləri açıqlanıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, turnirin finalçılarının hər biri 100 milyon dollardan çox gəlir əldə edib. 

“Çelsi” dörd həftə ərzində 114 milyon 535 min, PSJ isə 106 milyon 835 min dollar qazanıb. Yarımfinalda mübarizə aparmış digər komandalar - “Real Madrid” 82,44, “Fluminense” isə 60,84 milyon dollar qazanıb.

Çempionatda ən az məbləği (4,58 milyon dollar) sonuncu yeri tutan Yeni Zelandiyanın “Okland Sity” komandası əldə edib.

Digər klubların qazancı belədir:

 

“Atletiko Madrid” - 21,4 milyon

“Porto” - 24 milyon 

“Yuventus” - 26,6 milyon

“Flamenqo” - 27,7 milyon

“Benfika” - 32,2 milyon

“Əl-Hilal” - 34,2 milyon

“İnter” - 36,8 milyon

“Palmeyras” - 39,8 milyon

“Mançester Siti” - 51,7 milyon

“Borussia Dortmund” - 52,3 milyon 

“Bavariya” - 58,2 milyon

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO