Millimizin sabiq üzvü “Qəbələ” ilə danışıq aparır – ÖZƏL

Millimizin sabiq üzvü “Qəbələ” ilə danışıq aparır – ÖZƏL

Hazırda oxunan: Millimizin sabiq üzvü “Qəbələ” ilə danışıq aparır – ÖZƏL

259888

Mövsümün sonunda “Neftçi”dən ayrılan Filip Ozobiç karyerasını Azərbaycanda davam etdirə bilər. 

Bizim.Media xəbər verir ki, təcrübəli futbolçu keçmiş klubu “Qəbələ” ilə danışıq aparır.

Hazırda tərəflər arasında maliyyə detalları müzakirə olunur. Əgər razılıq əldə olunsa, Ozobiç bölgə klubu ilə müqavilə bağlayacaq. 

Qeyd edək ki, Ozobiç 2016-2018-ci illərdə məhz “Qəbələ”nin şərəfini qoruyub. O, Azərbaycanda həmçinin “Qarabağ”da da çıxış edib. Milli komandamıza cəlb olunan xorvatiyalı əsas komandanın heyətində 15 oyun keçirərək 1 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO