“Fiorentina” heyətinə yeni futbolçu qatıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya təmsilçisi Edin Cekonu transfer edib. Onunla bir illik müqavilə imzalanıb. Müəyyən şərtlər yerinə yetirildiyi halda isə sözləşmə 2027-ci ilin yayına kimi avtomatik uzadılacaq.
Qeyd edək ki, Bosniya və Herseqovinadan olan 39 yaşlı hücumçu ötən mövsüm Türkiyənin “Fənərbaxça” klubunda çıxış edib. O, 53 oyunda 21 qol vurub, 8 qolun ötürməsini verib.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:29 / 11.07.2025
Edin Cekonun bu kluba keçidi AÇIQLANDI
Hazırda oxunan: Edin Cekonun bu kluba keçidi AÇIQLANDI
Hazırda oxunan: Edin Cekonun bu kluba keçidi AÇIQLANDI
259295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.