“Araz-Naxçıvan” futzal klubu doqquz oyunçusu ilə yolları ayırıb.
Bizim.Media xəbər verir ki, son Azərbaycan çempionu Amirhossein Rasouli, Roman Adamov, Mateus Enrike, Əmir Şocai, Nurlan Məmmədov, Novruz Kazıxanov, Lazar Milosavljeviçi, Əli Quliyev və Ali Rostami ilə vidalaşıb. Bununla yanaşı, Xəzər Ağalızadə, Ülvi Əliyev, Covanni Valerio, Karlos Bartola, Emin Kürdov və Əli Həsənzadənin müqavilələrinin müddəti növbəti mövsümün sonuna qədər uzadılıb.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.
Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:12 / 06.07.2025
“Araz Naxçıvan” 9 oyunçu ilə yollarını ayırdı
Hazırda oxunan: “Araz Naxçıvan” 9 oyunçu ilə yollarını ayırdı
Hazırda oxunan: “Araz Naxçıvan” 9 oyunçu ilə yollarını ayırdı
258500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.