“Neftçi” məşhur braziliyalı futbolçu ilə danışıq aparır

“Neftçi” məşhur braziliyalı futbolçu ilə danışıq aparır

Hazırda oxunan: “Neftçi” məşhur braziliyalı futbolçu ilə danışıq aparır

258496

Yeni mövsümə hazırlaşan "Neftçi" dünya ulduzu ilə güclənə bilər.

Bizim.Media xəbər verir ki, "ağ qaralar" Duqlas Koşta ilə danışıqlar aparır. "Yuventus" və "Bavariya" kimi dünya nəhənglərinin formasını geyinmiş məşhur braziliyalı futbol azarkeşlərinə yaxşı tanışdır.
 

O, Almaniya nəhəngində keçirdiyi 97 görüşdə 15 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.


"Yuventus" formasında meydana çıxdığı 103 görüşə 10 qol, 21 məhsuldar ötürmə sığdıra bilib.

Braziliya millisində 31 oyun keçirmiş ulduz futbolçu 2024-cü ilin yayından "Sidney"də çıxış edir. O, burada keçirdiyi 25 oyunda 6 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb. Avstraliya təmsilçisi ilə 2026-ci ilə qədər müqaviləsi olan yarımmüdafiəçinin hazırkı bazar qiyməti 650 min avrodur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO