“Turan Tovuz” portuqaliyalı hücumçu ilə danışıq aparır

“Turan Tovuz” portuqaliyalı hücumçu ilə danışıq aparır

Hazırda oxunan: “Turan Tovuz” portuqaliyalı hücumçu ilə danışıq aparır

258466

“Turan Tovuz” transfer çalışmalarını davam etdirir.

Bizim.Media xəbər verir ki, qərb təmsilçisinin heyətinə qata biləcəyi oyunçular arasında Rikardo Matosun da adı var. 25 yaşlı futbolçu hazırda azad agent statusuna malikdir.

O, son dəfə Rumıniyanın “Qloriya”(Buzau) klubunun futbolçusu olub. “Turan Tovuz” hazırda portuqal hücumçu ilə danışıqlarını davam etdirir.

Onun oynadığı klublar arasında “Askoli”, “Kazertana”, “Olhanense”, “Portimonense”, “Belenenseş” var. Qeyd edək ki, “Turan Tovuz” yay “transfer pəncərəsi” zamanı hələ ki bir oyunçunu heyətinə qatıb. Söhbət “Benfika”nın sabiq üzvü David Tavareşdən gedir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO