"Napoli"nin yarımmüdafiəçisi Yens Kayuste karyerasını Türkiyədə davam etdirəcək.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsveç millisinin üzvü "Beşiktaş"la anlaşıb.
İstanbul təmsilçisi 25 yaşlı futbolçusu bir illik icarəyə götürüb. Anlaşmaya əsasən, Yens Superliqada 15 oyun meydana çıxarsa, "Beşiktaş" onu transfer etməli olacaq. "Napoli" isə isveçli üçün 6,5 milyon avro tələb edir.
Kayuste ötən mövsümü icarə əsasında "İpsviç"də keçirib.
O, karyerası ərzində "Örqrite", "Midtüland", "Reyms" klublarının formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
17:18 / 06.07.2025
İtaliya klubunun üzvü “Beşiktaş”a keçir
Hazırda oxunan: İtaliya klubunun üzvü “Beşiktaş”a keçir
Hazırda oxunan: İtaliya klubunun üzvü “Beşiktaş”a keçir
258465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.