AFFA bu stadionu təmir edəcək

AFFA bu stadionu təmir edəcək

Hazırda oxunan: AFFA bu stadionu təmir edəcək

258460

AFFA rəsmiləri Qazax şəhər stadionunun vəziyyəti ilə bağlı yerində baxış keçirib.

Bizim.Media xəbər verir ki, federasiya nümayəndələri stadionun infrastrukturu ilə yaxından tanış olub və mövcud vəziyyəti dəyərləndiriblər.

Baxış zamanı stadionun uzunmüddətli icarəyə götürülməsi və genişmiqyaslı yenidənqurma işlərinin aparılması məsələsi gündəmə gəlib.
 

AFFA-nın planına görə, kompleks müasir standartlara uyğun şəkildə təmir ediləcək, azarkeşlər üçün rahat şərait yaradılacaq və bölgədə futbolun inkişafı üçün əhəmiyyətli bir idman infrastrukturu formalaşdırılacaq.


Layihə çərçivəsində meydanın örtüyünün yenilənməsi, tribuna və soyunub-geyinmə otaqlarının təmiri, həmçinin işıqlandırma və təhlükəsizlik sistemlərinin quraşdırılması nəzərdə tutulur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO