Yarış zamanı bədbəxt hadisə - İdmançı hovuzda boğuldu

Yarış zamanı bədbəxt hadisə - İdmançı hovuzda boğuldu

Hazırda oxunan: Yarış zamanı bədbəxt hadisə - İdmançı hovuzda boğuldu

258417

Moskvanın Krılatskoye şəhərində keçirilən Triatlon Liqası zamanı bədbəxt hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Triatlon Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 

Naro-Fominski təmsil edən triatlonçu Vladimir Porfirov dünyasını dəyişib. Faciə yarışın su hissəsində - 1 mil məsafədə üzgüçülük zamanı baş verib. İdmançı hovuzda huşunu itirərək boğulmağa başlayıb. Yaxınlıqdakı xilasedici hadisəni anındaca hiss edərək onu sudan çıxararaq həkimlərin məntəqəsinə gətirib.


Uzun sürən reanimasiya tədbirlərinə baxmayaraq, idmançını xilas etmək mümkün olmayıb.

10 ildən artıq yarışlarda iştirak edən təcrübəli üzgüçünün ölüm səbəbi barədə hələlik dəqiq heç nə bildirilməyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO