Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi

Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi

Hazırda oxunan: Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi

258378

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev özünə 3 nəfər yeni köməkçi gətirib.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qazaxıstanlı Aleksandr Kornilov həkim, italiyalı Marko Kaser fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçenzo Çestaro isə atletik hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.

Aleksandr Kornilov vətənində "Spartak Semey", "Altay", "Kayrat" və "Yelimay" komandalarında çalışıb.

Fiziki hazırlıq üzrə məşqçi Marko Kaser İtaliyada "Salernitana", "Belluno", "Novara", Maltada "Valetta" və "Birkirkara", Tunisdə "Sfaksien", Qətərdə "Əl-Qarafa", İranda "Nassaci", "Traktor" və “Fulad” komandalarında işləyib.

Son olaraq Maltanın "Hamrun" klubunda bu vəzifəni icra edən Vinçenzo Çestaro isə daha əvvəllər Maltada "Valetta", Çexiyada "Viktoriya", İtaliyada "Çavese", "Focca", "Avellino" və "Noçerina" kimi klublarda çalışıb.

Hər üç mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO