İtaliyanın "İnter" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, "göy-qaralar" "Parma"dan Anj-Yoan Bonnini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"İnter" fransalı hücumçu üçün onun klubuna 23+2 milyon avro təzminat ödəyəcək. 21 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Parma" Anj-Yoan Bonnini 2021-ci ilin yayında "Şatoru"dan transfer etmişdi.
Fransa U-21 millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
18:44 / 05.07.2025
“İnter” Fransa millisinin üzvünü TRANSFER ETDİ
Hazırda oxunan: “İnter” Fransa millisinin üzvünü TRANSFER ETDİ
Hazırda oxunan: “İnter” Fransa millisinin üzvünü TRANSFER ETDİ
258352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.