UEFA “Beşiktaş”ı CƏZALANDIRDI

UEFA “Beşiktaş”ı CƏZALANDIRDI

Hazırda oxunan: UEFA “Beşiktaş”ı CƏZALANDIRDI

258264

UEFA "Çelsi" və bir sıra digər klubları heyətə xərclər limitini aşdıqları üçün cəzalandırıb.

Bizim.Media xəbər verir ki, bu qayda oyunçu heyətinə edilən ümumi xərclərin klubun gəlirlərinə nisbətini məhdudlaşdırır.

2024-cü ildə başa çatan maliyyə ili üçün bu limit klub gəlirlərinin 80%-i səviyyəsində müəyyən olunmuşdu. 2025/26 mövsümündən etibarən isə bu göstərici 70%-ə endiriləcək.

UEFA müəyyən edib ki, dörd klub bu həddi aşıb, onların xərcləri gəlirlərin 80%-dən 90%-ə qədərini təşkil edib.

- "Çelsi" bu səbəbdən 11 milyon avro

- "Aston Villa" 6 milyon avro

- "Beşiktaş" 900 min avro

- "Panatinaikos" isə 400 min avro məbləğində cərimələnib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO