“Trabzonspor” İngiltərə klubunun hücumçusunu TRANSFER ETDİ

“Trabzonspor” İngiltərə klubunun hücumçusunu TRANSFER ETDİ

Hazırda oxunan: “Trabzonspor” İngiltərə klubunun hücumçusunu TRANSFER ETDİ

258259

Türkiyənin "Trabzonspor" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Super Liqa nəhəngi "Sauthempton"dan Pol Onuaçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Trabzonspor" nigeriyalı forvard üçün İngiltərə klubuna 5,6 milyon avro təzminat ödəyəcək. Onuaçu ilə 3+1 illik müqavilə imzalanıb. 31 yaşlı forvardın illik maaşı 2 milyon avro olacaq.

Qeyd edək ki, Pol Onuaçu ötən mövsüm "Sauthempton"un heyətində Premyer Liqada meydana çıxdığı 25 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu 2023/2024 mövsümündə icarə əsasında "Trabzonspor"un formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO