“Zirə” legioneri üçün nə qədər pul istəyir?

“Zirə” legioneri üçün nə qədər pul istəyir?

Hazırda oxunan: “Zirə” legioneri üçün nə qədər pul istəyir?

258167

Ukrayna mətbuatı “Zirə” və “Dinamo” (Kiyev) arasında “qartallar”ın cinah oyunçusu Salif Suma ilə bağlı danışıqların gedişi barədə məlumat yayıb. 

Bizim.Media “TaToTake” portalına istinadən xəbər verir ki, ukraynalı jurnalist Mixail Spivakovski Suma üçün 1,5 milyon avronun tələb olunduğunu bildirib:

“"Dinamo"nun Salif Suma ilə bağlı danışıqları hardasa bir ildir ki, davam edir. O, universal vingerdir.
 

Onun hansı cinahda daha yaxşı göründüyünü hələ tam başa düşmək olmur, solda, yoxsa sağda. Suma əvvəlki mövsümündən daha yaxşı çıxış edib. Onun 34 matçda statistikası belədir: 12+7. “Transfermarkt”da futbolçunun qiyməti 1,2 milyon avrodan aşağıdır. Amma transfer söhbəti 1,5 milyon avro səviyyəsindədir".


Qeyd edək ki, 21 yaşlı qvineyalının “Zirə” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO