İki boksçumuz Dünya Kubokunun yarımfinalında

İki boksçumuz Dünya Kubokunun yarımfinalında

Hazırda oxunan: İki boksçumuz Dünya Kubokunun yarımfinalında

258154

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya kubokunda 1/4 finala yekun vurulub.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin daha 2 boksçusu bu mərhələni qələbə ilə bitirib.
 

Yığma üzvlərindən Məhəmmədəli Qasımzadə (60 kq) Yohan Aquera (Dominikan Respublikası) ilə qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda braziliyalı Luis Qabriel do Naskimento ilə döyüşəcək.


Məhəmməd Abdullayev (+90 kq) isə Taeunq Yudan (Cənubi Koreya) güclü olub. Dünya çempionatının mükafatçısı da 5:0 (29:26, 29:26, 29:26, 29:25, 29:26) hesabı ilə qələbə qazanıb.

O, növbəti görüşündə qazaxıstanlı Albek Oralbayla üz-üzə gələcək.

Daha öncə Sübhan Mamedov (50 kq) da adını yarımfinala yazdırıb. Təmsilçimiz bu mərhələdə qazaxıstanlı Sanjar Taşkenbayı sınağa çəkəcək.

Qeyd edək ki, yarımfinala yüksəlməklə bürünc medalı təmin edən boksçularımız final uğrunda görüşə iyulun 5-də rinqə çıxacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO