“Araz Naxçıvan”-“Aris” oyunlarının hakimləri MÜƏYYƏNLƏŞDİ

“Araz Naxçıvan”-“Aris” oyunlarının hakimləri MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: “Araz Naxçıvan”-“Aris” oyunlarının hakimləri MÜƏYYƏNLƏŞDİ

258063

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Aris"lə keçirəcəyi oyunların hakimləri açıqlanıb.

Bizim.Media xəbər verir ki, Bakıda baaş tutacaq ilk matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Andrey Kivulete olacaq. Ona laynsmanlar Mirça Mihail Qriqoriu və Andrey Qabriel Konstantinesku kömək edəcək. Dördüncü hakim funksiyasını isə Radu Petresku yerinə yetirəcək.

Yunanıstandakı cavab görüşünün baş hakimi şotlandiyalı David Dikinson olacaq. Onun həmyerliləri Fransis Konnorla Conatan Bell yan xətt hakimi vəzifəsinə yerinə yetirəcək. Rayan Li isə dördüncü hakim olacaq.

Xatırladaq ki, “Araz Naxçıvan” – “Aris” qarşılaşmaları iyulun 24-ü və 31-də baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO