İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
Bu gün Azərbaycanın 1 təmsilçisi xalçaya çıxıb. Günay Qurbanova (59 kiloqram) çətinlik çəkmədən finala yüksəlib.
Bu il reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olan istedadlı güləşçi almaniyalı Fransiska Blaumeyserə (10:0), ukraynalı Mariya Miziurkoya (tuş) və belaruslu Marta Hetmanavaya (11:0) vaxtından əvvəl qalib gəlib. Günay sabah həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:59 / 02.07.2025
Güləşçimiz Avropa çempionatının FİNALINDA
Hazırda oxunan: Güləşçimiz Avropa çempionatının FİNALINDA
Hazırda oxunan: Güləşçimiz Avropa çempionatının FİNALINDA
257858
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.