“Sumqayit” klubu Vaqif Cavadovun istefasından sonra hələ də yeni baş məşqçi ilə müqavilə imzalamayıb.
Bizim.Media xəbər verir ki, komanda yaxınlarda yeni mövsümə hazırlığa başlayacağı halda yeni baş məşqçinin təyinatı yubanır.
Klub prezidenti Riad Rəfiyev bu yaxınlarda mətbuata açıqlamasında yeni məşqçinin əcnəbi olacağını açıqlayıb. Məsələni dəqiqləşdirmək üçün klubla əlaqə saxladıq.
“Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyev də Bizim.Media-ya açıqlamasında komandanın yeni baş məşqçisinin əcnəbi olacağını təsdiqləyib:
“Baş məşqçi axtarışları ilə klub prezidenti məşğul olur. Riad Rəfiyevin də dediyi kimi yeni çalışdırıcı əcnəbi olacaq. Hazırda danışıqlar gedir. Yəqin ki, yaxın bir neçə gün ərzində hər şey dəqiqləşəcək. Yeni mövsümün hazırlıqlarına yeni baş məşqçimizlə başlamaq istəyirik”.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
17:21 / 02.07.2025
“Sumqayıt”ı əcnəbi baş məşqçi çalışdıracaq – Klubdan AÇIQLAMA
Hazırda oxunan: “Sumqayıt”ı əcnəbi baş məşqçi çalışdıracaq – Klubdan AÇIQLAMA
Hazırda oxunan: “Sumqayıt”ı əcnəbi baş məşqçi çalışdıracaq – Klubdan AÇIQLAMA
257804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.