Azərbaycanlı karateçi dünya reytinqinin lideridir

Azərbaycanlı karateçi dünya reytinqinin lideridir

Hazırda oxunan: Azərbaycanlı karateçi dünya reytinqinin lideridir

257685

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska (68 kq) dünya reytinq cədvəlində liderliyini davam etdirir.

Bizim.Media xəbər verir ki, analıq məzuniyyətindən sonra tatamiyə qayıdan Azərbaycan idmançısının hesabında 6750 xal var.

Mərakeşdə keçirilən Premyer Liqanın son mərhələsində 5-ci yeri tutması ona 450 xal qazandırıb.
 

Reytinqdə ikinci yerdə Zaretskinin dünya çempionatının finalında qalib gəldiyi isveçrəli Yelena Quirici (5850), üçüncü yerdə isə fransalı Talia Sombe (4375) qərarlaşıblar.


Qeyd edək ki, Zaretska hazırda avqustun 7-17-də Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunlarına hazırlaşır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO