Bu futbolçular “Qarabağ”dan gedə bilər

Bu futbolçular “Qarabağ”dan gedə bilər

Hazırda oxunan: Bu futbolçular “Qarabağ”dan gedə bilər

257512

İki futbolçu "Qarabağ"ı tərk edə bilər.

Bizim.Media xəbər verir ki, söhbət Musa Qurbanlı və Nəriman Axundzadədən gedir.

Hər iki oyunçunun Azərbaycan çempionunu tərk etmək ehtimalı var.

"Qarabağ" Musanı daha çox oynaya biləcəyi bir kluba icarəyə vermək istəyir. Nərimanı isə transfer etmək istəyən klublar var. Milli komandamızın üzvü yayda Azərbaycandan ayrılaraq karyerasını ölkə xaricində davam etdirə bilər.

Qeyd edək ki, Nəriman Axundzadə ötən mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 44 rəsmi matçda 11 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Musa Qurbanlı isə başa çatan mövsümdə 31 oyunda iştirak edib, 7 qol vurub, 4 qol ötürməsi verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO