"Mançester Yunayted" onün üçün 60 milyon ödəməyə HAZIRDIR

"Mançester Yunayted" onün üçün 60 milyon ödəməyə HAZIRDIR

Hazırda oxunan: "Mançester Yunayted" onün üçün 60 milyon ödəməyə HAZIRDIR

257146

"Mançester Yunayted" "Milan"ın futbolçusu Rafael Leaunu əsas transfer hədəfi kimi görür.

Bizim.Media xəbər verir ki, bu barədə "Caught Offside" nəşri məlumat yayıb.

İngiltərə təmsilçisi portuqaliyalı vingeri yay transfer dövründə heyətinə qatmaqda israrlıdır.

İtaliya klubu 26 yaşlı oyunçunu 68-85 milyon funt sterlinq (təxminən 80-100 milyon avro) aralığında bir məbləğə satmağa hazırdır.

Mançester klubu isə ilk təklifi 60 milyon funt sterlinq civarında təqdim etməyi planlaşdırır.

"Mançester Yunayted" Leaunu hədəfləyən klublar arasında tək deyil. "Arsenal" artıq onun nümayəndələri ilə birbaşa danışıqlara başlayıb. Həmçinin, "Çelsi" də portuqaliyalı oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Rafael Leau ötən mövsüm 50 oyuna çıxıb, 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Milan"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO