Joau Feliks Səudiyyə Ərəbistanına yollana bilər

Joau Feliks Səudiyyə Ərəbistanına yollana bilər

Hazırda oxunan: Joau Feliks Səudiyyə Ərəbistanına yollana bilər

257141

"Çelsi"nin futbolçusu Joau Feliks karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “talkSPORT” nəşri məlumat yayıb.

Portuqaliyalı hücumçuya Pro-Liqanın debütantı “Neom” klubu maraq göstərir. Həmçinin "Əl-Nəsr" də Feliksin transferini nəzərdən keçirir. Lakin bu, yalnız "Liverpul"un hücumçusu Luis Diası transfer edə bilmədikləri təqdirdə baş verəcək. Dias Səudiyyə Ərəbistanı klubunun əsas hədəfidir.

Qeyd edək ki, 25 yaşlı Feliks ötən mövsümün ikinci yarısını "Milan"da icarədə keçirib. O, İtaliya A Seriyasında keçirdiyi 21 matçda 3 qol vurub, 1 qolun ötürməsini edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO