“Avro-2021”: Belçika və Danimarka milliləri növbəti mərhələyə adladı

“Avro-2021”: Belçika və Danimarka milliləri növbəti mərhələyə adladı

Hazırda oxunan: “Avro-2021”: Belçika və Danimarka milliləri növbəti mərhələyə adladı

25714

İyunun 21-də futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun daha iki qarşılaşması oynanılıb. 

Bizim.Media xəbər verir ki, B qrupunun son turunda Finlandiya millisi Belçika seçməsi ilə üz-üzə gəlib.

"Sankt-Peterburq" stadionunda keçirilən görüş belçikalıların minimal hesabla qələbəsi ilə başa çatıb - 2:0. Oyunda qolları Lukas Hradeçki (74, öz qapısına) və Romelu Lukaku (83) vurub. 

B qrupunun digər görüşündə isə Rusiya millisi Danimarkaya 1:4 hesabı ilə məğlub olub. 

Beləliklə, Avropa çempionatının B qrupundan növbəti mərhələyə Belçika və Danimarka seçmələri çıxıb.

Üç xalı olan Finlandiya millisi isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir. 

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO