“Qəbələ”dən ayrılan futbolçu “İmişli”yə keçir?

“Qəbələ”dən ayrılan futbolçu “İmişli”yə keçir?

Hazırda oxunan: “Qəbələ”dən ayrılan futbolçu “İmişli”yə keçir?

257070

“Qəbələ”dən ayrılan Elvin Yunuszadə karyerasını “İmişli”də davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, müdafiəçi bölgə klubu ilə danışıq aparır.

32 yaşlı müdafiəçi daha əvvəl – 2024-cü ilin yanvarından avqustuna kimi “İmişli”də forma geyinib. O, bundan öncə “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “İrəvan”, “Keşlə” (indiki “Şamaxı”), Bosniyada “Çelik”, Şimali Makedoniyada “Şkupi” kimi komandalarda da çıxış edib.
Yunuszadə Azərbaycan yığmasında 3 oyuna çıxıb.

“İmişli” yeni mövsümdə Premyer Liqada iştirak edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO