Məşhur diktatorun nəticəsi yenidən “Latsio”ya qayıtdı

Məşhur diktatorun nəticəsi yenidən “Latsio”ya qayıtdı

Hazırda oxunan: Məşhur diktatorun nəticəsi yenidən “Latsio”ya qayıtdı

257037

Romano Floriani Mussolini karyerasını "Latsio"da davam etdirəcək.

Bizim.Media xəbər verir ki, 22 yaşlı italyan müdafiəçi 2024/25 mövsümündə "Latsio"dan icarə əsasında "Yuve Stabiya" klubunda çıxış edib.

O, mövsüm ərzində 37 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Mövsüm başa çatdıqdan sonra "Yuve Stabiya" onun transfer hüququnu almaq üçün satınalma opsiyasını aktivləşdirib. Lakin "Latsio" dərhal geri alma hüququndan istifadə edərək futbolçunu klubuna qaytarıb.

Qeyd edək ki, Romano Floriani Mussolini məşhur italyan diktatoru Benito Mussolininin nəticəsidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO