Azərbaycan millisinin üç oyununun vaxtı dəqiqləşdi - DÇ-2022 

Azərbaycan millisinin üç oyununun vaxtı dəqiqləşdi - DÇ-2022 

Hazırda oxunan: Azərbaycan millisinin üç oyununun vaxtı dəqiqləşdi - DÇ-2022 

25682

 Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində keçirəcəyi daha üç oyunun yeri dəqiqləşib. 

Bizim.Media xəbər verir ki, İrlandiya ilə həm evdə, həm də səfərdə, Serbiya ilə rəqib meydanında baş tutacaq görüşün təşkil olunacağı stadion müəyyənləşib. 

Sentyabrın 4-də Azərbaycan millisi İrlandiyanın qonağı olacaq. Dublindəki matç “Aviva” stadionunda baş tutacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oktyabrın 9-da yığmamız İrlandiyanı qəbul edəcək. Saat 20:00-da başlayacaq matç Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Oktyabrın 12-də Serbiyada keçiriləcək qarşılaşma Belqradda baş tutacaq. Rayko Mitiç stadionundakı görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Qeyd edək ki, Lüksemburq sentyabrın 1-dəki səfər, noyabrın 11-dəki ev oyununun yeri hələ dəqiqləşməyib.

Sentyabrın 7-də Portuqaliya ilə qarşılaşmanın isə Bakı Olimpiya Stadionunda təşkil olunacağı öncədən bəlli idi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO