Ronaldo qərarını verdi – “Əl Nəsr”də QALIR

Ronaldo qərarını verdi – “Əl Nəsr”də QALIR

Hazırda oxunan: Ronaldo qərarını verdi – “Əl Nəsr”də QALIR

256686

"Əl-Nəsr"lə müqaviləsi başa çatan Kriştiano Ronaldo gələcəyi ilə bağlı qərarını verib.

Bizim.Media xəbər verir ki, portuqaliyalı ulduz klubda qalacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Ronaldo artıq klubla razılıq əldə edib. Yaxın zamanda 40 yaşlı hücumçu ilə 1 və ya 2 illik sözləşmə imzalanacaq.

Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yayından "Əl-Nəsr"də çıxış edir. Portuqaliya millisinin üzvü ötən mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 35 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO