"Nyukasl”ın tarixində ən çox qazanan futbolçu OLA BİLƏR

"Nyukasl”ın tarixində ən çox qazanan futbolçu OLA BİLƏR

Hazırda oxunan: "Nyukasl”ın tarixində ən çox qazanan futbolçu OLA BİLƏR

256682

“Nyukasl”ın futbolçusu Aleksander İsak klub tarixində ən yüksək maaş alan oyunçu ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "The Times" nəşrinin jurnalisti Martin Hardi məlumat yayıb.

İngiltərə təmsilçisi 25 yaşlı isveçli hücumçuya həftəlik 150 min funt sterlinq məvacib təklif etməyə hazırdır. Bu, onu komandada saxlamaq üçün nəzərdə tutulub.
 

Bildirilir ki, İsaka “Liverpul”, “Arsenal” və “Barselona” maraq göstərir. Əgər o, “Nyukasl”da qalmaq və maaş artımını qəbul etmək qərarına gəlsə, klub tarixinin ən çox qazanan futbolçusu olacaq.


Qeyd edək ki, Aleksander İsak “Nyukasl”a 2022-ci ilin avqustunda transfer olunub. O, başa çatan mövsümdə 42 oyuna çıxaraq 27 qol vurub və 6 qolun ötürməsini edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO