“Mançester Yunayted”dən 76 milyonluq TRANSFER

“Mançester Yunayted”dən 76 milyonluq TRANSFER

Hazırda oxunan: “Mançester Yunayted”dən 76 milyonluq TRANSFER

256679

"Mançester Yunayted" növbəti transferini yekunlaşdırmağa yaxındır.

Bizim.Media xəbər verir ki, "qırmızı şeytanlar" Brian Mbemonun keçidi ilə bağlı "Brentford"la razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
 

"Mançester Yunayted" 25 yaşlı kamerunlu vinger üçün onun klubuna 76 milyon avro təzminat ödəyəcək.


Brian Mbemo ötən mövsüm "Brentfoord"un heyətində meydana çıxdığı 42 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Mançester Yunayted" "Vulverhempton"dan hücumçu Mateus Konyanı transfer edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO