ABŞ-da yaşayan azərbaycanlı hokkeyçi Bakıya GƏLİR

ABŞ-da yaşayan azərbaycanlı hokkeyçi Bakıya GƏLİR

Hazırda oxunan: ABŞ-da yaşayan azərbaycanlı hokkeyçi Bakıya GƏLİR

256672

ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçi Danial Caniyev (Danny Dzhaniyev) Bakıya səfər edəcək.

Bizim.Media xəbər verir ki, o, iyunun 29-da “Ocaq Sport” klubunun gənc hokkeyçiləri ilə görüşəcək və onlara ustad dərsi (masterclass) keçəcək.

İlk dəfə təşkil olunacaq görüş Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında baş tutacaq. Bu, gənc idmançılar üçün həm motivasiya, həm də peşəkar bilik və bacarıqları öyrənmək baxımından əvəzsiz fürsət olacaq.

Qeyd edək ki, Caniyev hazırda ABŞ-nin “Penn State University” klubunun aparıcı oyunçularındandır.
 

O, Amerika Hokkey Federasiyası sistemində yetişib, müxtəlif beynəlxalq turnirlərdə iştirak edib və yüksək nəticələr göstərib.


Valideynləri azərbaycanlı olan Danial milli köklərinə bağlılığını daim vurğulayır və ilk dəfə Azərbaycanda uşaqlarla görüş keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO