Olimp Hospital və “Şamaxı” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO

Olimp Hospital və “Şamaxı” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO

Hazırda oxunan: Olimp Hospital və “Şamaxı” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO

256658

25 iyun tarixində Olimp Hospitalın direktoru Ruslan Rzayev və “Şamaxı” Futbol Klubunun idarə heyətinin sədri Elçin Usub arasında rəsmi əməkdaşlıq memorandumu imzalanıb. Tədbir Bakı şəhərində yerləşən Olimp Hospitalın konfrans zalında baş tutub.

Bizim.Media xəbər verir ki, Memorandum çərçivəsində Olimp Hospital “Şamaxı” FK futbolçularına tibbi müşahidə, profilaktik müayinələr, zədələnmə sonrası reabilitasiya və funksional bərpa xidmətləri göstərəcək. Əməkdaşlıq həm futbolçuların sağlamlığının qorunmasına, həm də peşəkar səviyyədə performans izlənməsinə yönəlib.


Olimp Hospitalın direktoru Ruslan Rzayev bildirib:

“Bu əməkdaşlıq vasitəsilə biz sağlamlığı idmanın ayrılmaz hissəsinə çevirməyə çalışırıq.”


“Şamaxı” FK İdarə Heyətinin sədri Elçin Usub qeyd edib:

“Komandamız üçün bu cür tibbi tərəfdaşlıq uzunmüddətli uğurların təməlidir.”


Tədbir zamanı həmçinin Olimp Hospitalın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Ruhin Cəfərov, “Şamaxı” Futbol Klubunun baş məşqçisi Ayxan Abbasov da çıxış edərək tərəfdaşlığın ictimai, kommunikativ və tibbi əhəmiyyətinə toxunublar.

Sonda simvolik hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.


Tədbirdən olan videonu təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO