Teymur Rəcəbov Moskvadakı turnirdə iştirak edəcək

Teymur Rəcəbov Moskvadakı turnirdə iştirak edəcək

Hazırda oxunan: Teymur Rəcəbov Moskvadakı turnirdə iştirak edəcək

256657

Sabah Moskvada “Chess Stars 5.0” turniri başlayacaq.

Bizim.Media xəbər verir ki, sürətli şahmat formatında keçiriləcək yarışa azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da qatılacaq.
 

Turnirdə həmçinin Sergey Karyakin, Vladislav Artemyev (hər ikisi Rusiya), Raunak Sadhvani (Hindistan), Amin Tabatabaei (İran), Hou Yifan (Çin), Bibisara Asaubaeva (Qazaxıstan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno və Valentina Qunina (hamısı Rusiya) çıxış edəcək.


İyunun 26-28-də rapid, 29-30-da isə blits yarışları keçiriləcək. Turnirin mükafat fondu 15 milyon rubl (təxminən 315 min manat) təşkil edib.

Bu il turnirin əsas məkanı Moskvadakı "VDNX"da "Azərbaycan" pavilyonu olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO