"Qarabağ" futbolçuları bu gün Şuşa, Xankəndi, Ağdam və Füzulidə sakinlərlə görüşəcək

"Qarabağ" futbolçuları bu gün Şuşa, Xankəndi, Ağdam və Füzulidə sakinlərlə görüşəcək

Hazırda oxunan: "Qarabağ" futbolçuları bu gün Şuşa, Xankəndi, Ağdam və Füzulidə sakinlərlə görüşəcək

256510

Bu gün "Qarabağ" futbol klubunun Şuşa, Xankəndi, Ağdam və Füzulidə yerli sakinlərlə görüşləri olacaq.

Bizim.Media xəbər verir ki, komanda üzvləri ilk olaraq Şuşa stadionunda şəhər sakinlərinin qarşısına çıxacaq.

Daha sonra Xankəndidə Qarabağ Universiteti ilə tanışlıq olacaq, eləcə də təhsil ocağının tələbələri ilə görüş keçiriləcək.

Ardınca "Qarabağ" təmsil etdiyi Ağdama yollanacaq. Burada şəhər sakinləri ilə görüş və "İmarət" Kompleksinə baxış keçiriləcək.

Qarabağda son dayanacaq isə Füzuli olacaq. Şəhər mərkəzində yerli sakinlərlə görüşəcək komanda üzvləri daha sonra Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə baş çəkəcəklər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO