Yeni kluba transfer olan Emreliden İLK AÇIQLAMA - FOTO

Yeni kluba transfer olan Emreliden İLK AÇIQLAMA - FOTO

Hazırda oxunan: Yeni kluba transfer olan Emreliden İLK AÇIQLAMA - FOTO

256503

“Kayzerslautern” böyük bir klubdur. Mən Almaniyaya gəlməmişdən əvvəl də bu komandanı tanıyırdım”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni klubu “Kayzerslautern”ə (Almaniya) keçidi barədə danışarkən deyib.

O, klubun saytına açıqlamasında bildirib:
 

“Keçən mövsüm “Nürnberq”lə bu stadionda oynayanda azarkeşlərin enerjisini, arenanın atmosferini hiss etdim.


Bu, təsirli idi və kluba keçmək qərarımda mühüm rol oynadı. Üstəlik, “Kayzerslautern” mənim üçün çox çalışdı. Bir çox yaxşı söhbətlərimiz oldu və mənə böyük etimad göstərildiyini hiss etdim. Bu etimadı meydanda qaytarmaq istəyirəm. Artıq ilk oyuna başlamağı səbirsizliklə gözləyirəm. Əlimdən gələni edəcəyəm və komandamızın məqsədlərinə çatmasında pay sahibi olmağa çalışacağam”.








Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO