Həbib Nurməhəmmədov Mikayıl Cabbarov və Rəşad Nəbiyevlə bir arada – FOTO

Həbib Nurməhəmmədov Mikayıl Cabbarov və Rəşad Nəbiyevlə bir arada – FOTO

Hazırda oxunan: Həbib Nurməhəmmədov Mikayıl Cabbarov və Rəşad Nəbiyevlə bir arada – FOTO

256174

Xəbər verdiyimiz kimi, Azərbaycanda səfərdə olan məşhur rusiyalı idmançı, keçmiş UFC çempionu Həbib Nurməhəmmədov instaqram hesabında Bakı səfərindən görüntülər paylaşıb.

Bizim.Media xəbər verir ki, paylaşımda diqqətçəkən məqam tanınmış rusiyalı idmançının azərbaycanlı nazirlərlə görüşü olub.
 

Nurməhəmmədov iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə fotosunu paylaşaraq ona göstərilən isti münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.


“Azərbaycan, çox sağ olun” – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Həbib Nurməhəmmədov döyüş karyerası ərzində məğlubedilməz statusunu qoruyub saxlayan UFC əfsanəsidir və hazırda gənc idmançılarla iş, təlim və menecerlik sahəsində fəaliyyət göstərir.

Qeyd edək ki, Həbib Nurməhəmmədov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində iştirak etmək üçün Azərbaycana gəlib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO