“Fluminense” qalib gəldi, Ramosun klubundan bərabərlik - VİDEO

“Fluminense” qalib gəldi, Ramosun klubundan bərabərlik - VİDEO

Hazırda oxunan: “Fluminense” qalib gəldi, Ramosun klubundan bərabərlik - VİDEO

256031

İyunun 21-dən 22-nə keçən gecə Klublararası Dünya Çempionatının (KDÇ) qrup mərhələsinin ikinci turunda Braziliyanın “Fluminense” və Cənubi Koreyanın “Ulsan Hyundai” komandaları qarşılaşıb.

Bizim.Media xəbər verir ki, "MetLife" stadionunda (Ruterford, ABŞ) baş tutan görüş Braziliya yığmasının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Birinci hissədə 1:2 hesabı ilə uduzan Braziliya klubu ikinci yarıda 3 qol vuraraq nəticəni öz xeyirlərinə dəyişib - 4:2.

Klublararası dünya çempionatı

F qrupu. İkinci tur

22 iyun, bazar günü.

Saat 02:00


"Fluminense" (Rio-de-Janeyro, Braziliya) - "Ulsan Hyundai" (Cənubi Koreya) - 4:2

Qollar: Arias, 27, Nonato , 66, Freites, 83, Keno - 90+2 - Hyun, 37, Sun, 45+3,
İyunun 25-də “Fluminense” “Mamelodi Sandaunz”la, “Ulsan Hyundai” isə “Borussiya” ilə qarşılaşacaq.

Ulduz müdafiəçi ispaniyalı Serxio Ramosun çıxış etdiyi Argentinanın “River Pleyt” komandası ilə Meksikanın “Monterrey” klubu arasında ikinci turun matçı baş tutub. “Rouz Boul” stadionunda (Pasadena, Kaliforniya, ABŞ) keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Klublararası dünya çempionatı

E qrupu. İkinci tur

22 iyun, bazar günü.

Saat 05:00

"River Pleyt" (Buenos-Ayres, Argentina) - "Monterrey" (Meksika) - 0:0



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO