Bu klub 24 ildən sonra La Liqaya yüksəldi

Bu klub 24 ildən sonra La Liqaya yüksəldi

Hazırda oxunan: Bu klub 24 ildən sonra La Liqaya yüksəldi

256030

"Ovyedo" La Liqaya yüksəlmək üçün pley-off finalının cavab oyununda əlavə vaxtda "Mirandes"i 3:1 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki, komanda qarşılaşmada ümumi hesabı 3:2 edərək 24 ildən sonra İspaniyanın yüksək divizionunda oynamaq hüququ qazanıb.

Oyunda "Ovyedo"nun ilk qolunu komandanın 40 yaşlı məşhur kapitanı Santi Kasorla vurub. Sequndada ilk iki yeri tutan "Levante" və "Elçe" La Liqaya birbaşa vəsiqə qazanıblar.

Qeyd edək ki, "Ovyedo" sonuncu dəfə 2000/01 mövsümündə güclülər dəstəsində çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO