"Milan" Leau üçün qiymət qoydu

"Milan" Leau üçün qiymət qoydu

Hazırda oxunan: "Milan" Leau üçün qiymət qoydu

255987

“Milan” heyəti gücləndirmək məqsədilə bəzi futbolçuları satmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.

Komandadan ayrılmağa ən yaxın olan Rafael Leaudur. 26 yaşlı vinger rəsmi şəkildə klubu tərk etmək istədiyini bildirməsə də, “Arsenal”, “Çelsi”, “Bavariya” və bir neçə Səudiyyə Ərəbistanı klubunun ona maraq göstərdiyini bilir.

“Milan” rəhbərliyi tərəflərə açıq şəkildə çatdırıb ki, Leau 80–90 milyon avrodan aşağı məbləğə satılmayacaq.

Qeyd edək ki, Rafael Leau başa çatan mövsümdə “Milan”ın heyətində 50 oyuna çıxaraq 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO