Hidayət Heydərova yeni vəzifə VERİLDİ

Hidayət Heydərova yeni vəzifə VERİLDİ

Hazırda oxunan: Hidayət Heydərova yeni vəzifə VERİLDİ

255815

Azərbaycan cüdoçusu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçilib.

Bizim.Media xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində idmançılar Beynəlxalq Cüdo Federasiyasının (IJF) Atletlər Komissiyasına nümayəndələrini seçiblər.

5 üzv idmançının səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub. Yeni tərkib 2025–2029-cu illəri əhatə edən dördillik müddətə fəaliyyət göstərəcək.

Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO