“Barselona” Niko Uilyamsla RAZILIĞA GƏLDİ

“Barselona” Niko Uilyamsla RAZILIĞA GƏLDİ

Hazırda oxunan: “Barselona” Niko Uilyamsla RAZILIĞA GƏLDİ

255614

Transfer çalışmalarını davam etdirən "Barselona" Bilbao "Atletik"inin futbolçusu Niko Uilyams ilə anlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış futbol agenti Fabrizio Romano "X" hesabında paylaşım edib.

22 yaşlı hücumçu ilə 2031-ci ilin iyun ayına qədər müqavilə imzalanması və hər mövsüm üçün 7- 8 milyon avro maaş ödənilməsi razılaşdırılıb.

Kataloniyalılar transferin həyata keçirilməsi üçün yekun olaraq "Atletik" ilə maliyyə məsələlərində ortaq nöqtəyə gəlməyə çalışır.

Qeyd edək ki, ispaniyalı oyunçu başa çatan 2024/25 mövsümündə 45 qarşılaşmada meydana çıxıb və 11 qola, 7 məhsuldar ötürməyə imza atıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO