"Masters" turnirində şahmatçımız 5-ci oldu 

Hazırda oxunan: "Masters" turnirində şahmatçımız 5-ci oldu 

25558

İyunun 20-də ənənəvi Praqa şahmat festivalının əsas yarışı – “Masters” turnirinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov son turda Çexiya təmsilçisi Tay Dan Van Nquyen ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb. 

Turun digər oyunlarında çexiyalı digər şahmatçı David Navara isveçli Nils Qrandelius ilə heç-heçə edib.

Polşa təmsilçisi Yan-Kşıştof Duda həmyerlisi Radoslav Voytaşeki məğlub edib. Amerikalı Sem Şenkland isə niderlandlı Jorden Van Forest üzərində qələbə qazanıb. 

Turnirin yekun nəticələrinə görə, N.Abasov 3,5 xalla 5-ci yerlə kifayətlənib. Yarışın qalibi 5,5 xalla S.Şenkland olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO