“Türkiyəyə sürpriz etmək istəyirdik, bunu da bacardıq” – BAŞ MƏŞQÇİ

“Türkiyəyə sürpriz etmək istəyirdik, bunu da bacardıq” – BAŞ MƏŞQÇİ

Hazırda oxunan: “Türkiyəyə sürpriz etmək istəyirdik, bunu da bacardıq” – BAŞ MƏŞQÇİ

25549

"Ən yaxşı komandanı meydana buraxdım".

Bizim.Media xəbər verir ki, bu sözləri İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviç deyib.

AVRO-2020-nin qrup mərhələsinin III turunda Türkiyəni Bakı Olimpiya Stadionunda məğlub edən (3:1) isveçrəlilər qrupu 4 xalla 3-cü yerdə tamamlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə futbolçuları Avropa çempionatı ilə vidalaşdı - YENİLƏNİB


Oyundan sonra mətbuat konfransında 58 yaşlı mütəxəssisin qələbə şərhi belə olub: "Bu gün bəzi dəyişikliklər etdim. Topla və topsuz oynamağın yolunu bilirdik. Türkiyəyə sürpriz etmək istəyirdik, bunu da bacardıq. Oyunçularımla fəxr edirəm.

Onlar üzərlərinə düşəni etdilər. Biz çox səfər etdik. Bakıya, buradan Romaya və yenidən Bakıya. Buna baxmayaraq, futbolçularım bundan şikayət etmədi.

Çox az adam bunu qeyd edir. Amma mən deməliyəm. Növbəti mərhələyə vəsiqə qazanacağımız yönündə optimistəm. Əla oynamadıq, amma yaxşı oynadıq. Çünki 3 qol vursaq da, bunun sayı daha çox ola bilərdi".

O bildirib ki, sabah yenə Bakıda məşqə çıxacaqlar: “Sonra buradan Romaya uçacağıq. Ümid edirəm ki, növbəti mərhələyə vəsiqə qazana biləcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO